Magistraturaya qəbul haqqında tez-tez verilən suallar

Qəbul imtahanı, təhsil müddəti, hazırlıq və Magistr OL-a qeydiyyat barədə qısa cavablar.

Magistratura nədir və neçə il davam edir?

Magistratura bakalavrdan sonrakı təhsil pilləsidir. Doktoranturaya davam etmək istəyənlər üçün 2 il, digər tələbələr üçün 1,5 il davam edir. Öz ixtisasınızı dərindən öyrənə və ya MBA proqramı ilə iqtisadi ixtisas ala bilərsiniz.

Magistraturaya qəbul imtahanı necə keçirilir?

Qəbul imtahanı ildə iki cəhd keçirilir. Hər iki imtahan Məntiq, İnformatika və Xarici dil fənlərindən ibarətdir. İmtahanlar bir-birindən müstəqildir: ikisində də, yalnız birində iştirak edə bilərsiniz. İkisində iştirak etsəniz, istədiyiniz imtahanın nəticəsini seçə bilərsiniz.

İmtahanda neçə sual verilir və necə qiymətləndirilir?

Məntiqdən 50, İnformatikadan 25 sual verilir. Xarici dildə 20 sual var və əlavə olaraq esse 5 bal dəyərindədir. Hər sual 1 bal dəyərindədir, yanlış cavab düzgün cavabları aparmır.

İmtahanlar hansı aylarda keçirilir?

Tarixlər ildən-ilə az dəyişir. Birinci cəhd adətən fevralın sonu – martın əvvəli, ikinci cəhd mayın sonu ətrafında keçirilir. Dəqiq tarixləri Dövlət İmtahan Mərkəzi (DİM) elan edir.

MBA nədir?

MBA öz ixtisası üzrə oxumaq istəməyənlər üçün biznes, maliyyə, bank işi, idarəetmə, mühasibat, insan resursları kimi iqtisadi ixtisaslara yönələn proqramdır.

Öz ixtisasıma uyğun hansı magistr ixtisaslarını seçə bilərəm?

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) magistr qəbul proqramındakı ixtisas cədvəlində bakalavr ixtisasınızı tapıb görə bilərsiniz. Tapa bilmirsinizsə, Magistr OL-a yazın.

Magistraturaya necə hazırlaşım?

Özünüz də hazırlaşa bilərsiniz: Magistr OL YouTube kanalında 2000-dən çox video dərs var, PDF materiallar da yüklənir. Sistemli hazırlıq istəyənlər üçün Magistr OL kursunda müəllim heyəti, sınaq imtahanları və fərdi dəstək təklif olunur.

Kursun qiyməti nə qədərdir?

Qiymət hər tələbə üçün fərdi müəyyən olunur: bakalavr balına görə əlavə endirimlər tətbiq edilir. Qiyməti öyrənmək üçün WhatsApp-da +994 70 611 33 00 nömrəsinə yazın.

Qiyməti WhatsApp-da öyrən
Dərs cədvəli necədir?

Səhər, günorta və axşam saatlarında çoxsaylı seçimlər var, həm əyani, həm onlayn. Sizə uyğun qrup və cədvəl üçün WhatsApp-da +994 70 611 33 00 nömrəsinə yazın.

Cədvəli WhatsApp-da öyrən
Magistr OL-a necə qeydiyyatdan keçim?

Ana səhifədəki formada adınızı yazıb qrup seçirsiniz: onlayn qrup, Elmlər, Nərimanov və 28 May filialı. Hazır mesaj WhatsApp-da açılır, siz yalnız göndərirsiniz. Telefon: +994 70 611 33 00.

Cavab tapa bilmədiniz? +994 70 611 33 00 nömrəsinə zəng edin və ya əlaqə səhifəsinə keçin.